18.05.2024, 10:49
AZ EN
25.11.2022, 13:15 468

Erməni qadınlar zorakılığa məruz qalır

YAZILAR

Erməni kütləvi informasiya vasitələrinin noyabrın 25-də yaydığı xəbərlər sırasında İnsan haqları müvəkkili Kristina Qriqoryanın «Gender zorakılığına qarşı mübarizə - 16» tədbirində çıxışı erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Ombudsman qeyd edib ki, ermənilər adətən qadınlara hörmətlə yanaşıblar. Onlar da kişilərlə yeni hüquqa malikdirlər. Amma son vaxtlar Ermənistanda qadınların 45 faizi zorakılığa məruz qalır ki, bu da cəmiyyətdə baş verən aşınmanın göstəricisidir. O daha sonra əlavə edib ki, qadınları müxtəlif zorakılıqlara məruz qoyan kişilərin əksəriyyəti işsiz olanlardır. Polis bununla bağlı müəyyən tədbirlər görməyə cəhd etsə də, xüsusilə cinsi zorakılığın qarşısını almaq mümkün olmur. 40 -50 yaşlı qadınların daha çox zorakılığa məruz qalmasınının bu il aparılan sosial sorğular zamanı üzə çıxdığını bildirən K.Qriqoryan hökumətin bu sahədə müvafiq tədbirlər görməsinin zəruriliyini bildirib. A.Sarkisyan soyadlı erməni isə belə davam edərsə, Ermənistanda qadınlara qarşı zorakılığın İrandan da betər olacağını vurğulayıb.

Nəsib QARAMANLI

Oxşar xəbərlər