Ermənistanın “Baqramyan 26” Telegram kanalının məlumatına görə, baş nazir Nikol Paşinyan belə sərsəm açıqlama ilə çıxış edib. Ümumiyyətlə, Azərbaycan öz tarixi ərazilərini işğaldan azad etdikdən sonra Qarabağın dağlıq hissəsində hələ də qalmaqda olan ermənilər üçün guya təhlükə yarandığı barədə Paşinyan və komandası əsasız iddia səsləndirib, dünya ictimaiyyətinin diqqətini yanlış istiqamətə yönəltməyə cəhd göstərir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisində yaşayan bütün millətlərin nümayəndələri kimi ermənilərin də bütün vətəndaş hüquqları təmin olunacaqdır. Azərbaycan xalqına və dövlətçiliyinə qarşı cinayətlərdə iştirak etməmiş ermənilər müstəqil ölkəmizin vətəndaşları kimi yaşamaq istəsələr, onları heç bir təhlükə gözləmir.
Rusiya sülhməramlılarının bölgədə qalıb-qalmamasına gəldikdə isə, bu məsələ 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanta birmənalı şəkildə dəqiq göstərilib: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”.
Xalqımızın məşhur aforizmində deyildiyi kimi, “Paşinyan özünə gülür”, həmin müddəanın tətbiqinə xitam verilməsi hüququ, öz ərazisində təhlükəsizliyi təmin etmək vəzifəsi Azərbaycana məxsusdur.