07.02.2025, 17:46
AZ EN
04.11.2022, 17:16 483

Ermənistanda rüşvət və korrupsiya artır

YAZILAR

Ermənistan iqtidarını tənqid etmək, nöqsanları, qanunsuzluqları açıqlamaq istiqamətində ölkənin ən çox tirajlı qəzeti olan “Hraparak”la rəqabətini son vaxtlar daha da gücləndirən “Joğovurd” qəzetinin 4 noyabr tarixli sayında rüşvət və korrupsiyanın getdikcə artdığı iddia olunur. Qəzet  yazır ki, 2018-ci ildə hakimiyyətə məhz rüşvətə, korrupsiyaya qarşı mübarizə fonunda gələn “Vətəndaş müqaviləsi” partiyası əvvəlki iqtidarların yolunu davam etdirməkdədir. “100 dramla ictimai nəqliyyatdan istifadə edən nikolçuların hərəsi indi bahalı maşınlarla gəlib gedirlər”-, deyə bir sıra faktları sadalayan “Joğovurd” Ermənistan anti-korrupsiya komisiyasının sədri Haykuhi Harutunyanın məsələyə münasibətilə də maraqlanıb. H.Harutunyan deyib ki, hazırda heç nə nəzərdən qaçmır: “Parlament üzvlərinin bizneslə məşğul olub-olmamaları barədə tədqiqatlar da davam edir. Faktlar göstərir ki, bəzi deputatlar bizneslə məşğul olsalar da onu gizlədirlər”. Yaxın vaxtlarda nəticələr açıqlanacaq və hansı deputatın qanunvericiliklə yanaşı biznes və digər işlərlə məşğul olduğu ictimaiyyətə çatdırılacaqdır. Qəzet komissiyanın sədrinin bu fikirlərinə də öz münasibətini bildirib və belə qənaətə gəldiyini vurğulayıb ki, ölkədə əhalinin sosial durumu getdikcə aşağı ensə də rüşvət və korrupsiya sürətlə davam edir.

Xatırladaq ki,  anti-korrupsiya komissiyasının sədri noyabrın 4-də “Armlur.am”. xəbər saytına müsahibəsində də yuxarıda sözügedən məsələlər barədə açıqlama verib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər