Politoloq Elxan Şahinoğlunun fikrincə, bu doğru strategiyadır. Bunu gizlətməyin mənası yoxdur, həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir. Mümkündür ki, rəsmi Bakı da oxşar bəyanatla çıxış etsin. E.Şahinoğlu bildirib ki, mümkün bəyanatda o da vurğulanmalıdır ki, indiki mərhələdə Azərbaycanla sülhün əleydarları Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədə qurulmağa başlanan sabitliyə təhlükə yaradacaq. Yəni ermənilər Ankara və Bakıdan onlara ünvanlanan mesajları düzgün oxumasalar, bunun ölkələri üçün ağır nəticələrə gətirib çıxaracağını anlamalıdırlar.
Tahirə AĞAMİRZƏ