15.12.2025, 18:01
AZ EN
15.12.2025, 15:43 165

Azərbaycanlılar Rusiyanın Ukraynaya qarşı müharibəsində: Artan təhlükə və hüquqi boşluqlar

YAZILAR
  • Ukraynada davam edən Rusiya işğalına qarşı müharibə fonunda döyüş meydanlarında həyatını itirən azərbaycanlıların sayı artır. Təəssüf doğuran məqam odur ki, bu şəxslər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, qazi statusu almış insanlar da var. Onlar indi Rusiya ordusunun tərkibində, müqavilə əsasında başqa bir ölkənin torpağında – Ukraynada döyüşür və həyatlarını itirirlər.

Mövzuyla bağlı politoloq Elxan Şahinoğlu bildirir ki, bu hal ciddi narahatlıq doğurmalıdır. Onun sözlərinə görə, bu gün Rusiya ilə Ermənistanın mahiyyət etibarilə heç bir fərqi yoxdur – hər ikisi işğal siyasəti aparır.

“Azərbaycanın torpaqlarını işğaldan azad edən bir döyüşçünün sonradan gedib başqa bir işğalçı dövlətin tərəfində vuruşması mənəvi və hüquqi ziddiyyət yaradır,” – deyə Şahinoğlu qeyd edir.

Politoloq həmçinin xatırladır ki, bir vaxtlar Suriyaya gedərək terrorçu qruplara qoşulan və Azərbaycana qayıtdıqda məsuliyyətə cəlb olunan şəxslər olmuşdu. O sual edir: “Bəs Ukraynada Rusiya tərəfdə döyüşənlərə eyni hüquqi yanaşma tətbiq olunurmu?”

Hazırda Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə məlumatların da artdığına diqqət çəkən Şahinoğlu hesab edir ki, bu cür halların qarşısı alınmasa, Rusiyanın verdiyi maddi vəd və müqavilələr daha çox azərbaycanlının həyatını riskə atacaq. O, aidiyyəti dövlət strukturlarını bu məsələyə ciddi yanaşmağa çağırır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər