Prezident qeyd edib ki, Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edir və bu ixracın yarısı Avropa ölkələrinin payına düşür. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya ixrac olunub. Bu, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı bir dövrdə baş verib.
Turan Rzayevin fikrincə, məhz bu səbəbdən Azərbaycan bu gün strateji tərəfdaş kimi diqqət mərkəzinə çıxır. Bakı həm təbii qazın sabit və etibarlı tədarükçüsü kimi, həm də Avropa ilə əməkdaşlıqda qarşılıqlı faydaya əsaslanan yanaşması ilə seçilir. O bildirib ki, Azərbaycanın sərfəli qiymət strategiyası və tədarükün uzunmüddətli sabitliyi Avropa ölkələrinin maraqlarına cavab verir.
Bu səfər ölkələrarası əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir.
Tahirə AĞAMİRZƏ