Bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov verib. Deputat bildirib ki, əməkhaqqındakı artım pensiyaların indeksləşdirilməsi baxımından da əhəmiyyətlidir.
Qanunvericiliyə əsasən, əmək pensiyaları əvvəlki ildəki orta aylıq əməkhaqqı artım faizi ilə indeksləşdirilir. İlkin proqnozlara əsasən, 2025-ci ildə orta əməkhaqqı 9.2 faiz artacaq ki, bu da 2026-cı ilin əvvəlindən pensiyaların eyni faizlə artırılması anlamına gəlir. Dəqiq göstərici 2026-cı ilin fevralında açıqlanacaq.
Vüqar Bayramov qeyd edib ki, artım bütün növ pensiya alanlara - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya hüququ olanlara şamil ediləcək və 1 milyon 100 min vətəndaşı əhatə edəcək.
Tahirə AĞAMİRZƏ