12.09.2025, 17:00
AZ EN
12.09.2025, 12:42 225

Rusiya birmənalı şəkildə forpost kimi Ermənistanla əlaqəlidir

YAZILAR
  • “Düşünürəm ki, bu gün Rusiyanın düşdüyü vəziyyət, daha doğrusu, Ukrayna ilə gedən müharibə ikinci bir cəbhənin açılmasına imkan vermir. Lakin Rusiya birmənalı şəkildə forpost kimi Ermənistanla əlaqəlidir. Ona görə də,  mütləq şəkildə həm hərbi cəhətdən, həm  iqtisadi cəhətdən bu məsələ, bütün problemlər istər Zəngəzur dəhlizi, istər Rusiya qoşunlarının ərazidə qalması, bir çox problemlər və təbii ki, ən böyük məsələ seçki məsələsidir”.

Bunu ARB24-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O, bildirib ki, bu gün istər sarkisyanlar, istər koçaryanlar, müxtəlif bəynatlarla çıxış edir: “Sarkisyanın verdiyi son bəyanat ondan ibarət idi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən getməsinə iki yol var: biri Nepal variantı, digəri isə  məlum məsələdir ki, daxildən olan  proseslərlə, parlament yolu ilə. Düşünürəm ki, bu gün əsas məqamlardan biri o seçkilərlə bağlı Rusiyanın, hətta prezident admnistrasiyasının mavininin başçılığı ilə o proseslərə təsir edə biləcək bir qrup da var idi, fəaliyyət göstərirdi. Bütün proseslər, seçkidən tutmuş,  hər məsələlərin orda  həlli istiqamətində addımlar atılmalıdır və Rusiya da regionla bağlı öz fikirlərini buna deməlidir”.

Politoloq daha sonra qeyd edib ki, Rusiyanın əlində rıçaq məsələ seçki deyil, eyni zamanda güc qalıb, silah var, 102 saylı baza var: “Orda mütəmadi olaraq problemlər baş qaldıranda, bir proseslər baş verəndə ordakı o silahlı qüvvələrin gücləndirilməsi addımları atılır, digər addımlar atılır. Həmin anda bunların Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu məsələ qabardılır.Yəni bu kimi məsələlər var. Tətcə siyasi deyil, iqtisadi rıçaqlar da var. Bu gün Ermənistanın ərazisində fəaliyyət göstərən bütün o qurumların bəlkə də 70 faizdən çoxu məhz həmin o paylar, necə deyərlər, paket Rusiyanın əlindədir. Belə məsələlər var. Ona görə də mütəmadi olaraq onlar bu rıçaqlardan istifadə edir və düşünürəm ki, bu rıçaqlar vasitəsilə  Ermənistana təsir edirlər”.

Kilsə məsələsi ilə bağlı suala aydınlıq gətirən politoloq vurğulayıb ki, ümumiyytələ, kilsə məsələsi,  eyni zamanda qondarma Dağlıq Qarabağ məsələsi vaxtilə, eyni zamanda qondarma “soyqırımı”deyək, bütün bunlar davamlı olaraq Ermənistan siyasətində istifadə olunan məsələlərdir, faktlardır: “Lakin Paşinyan elə bir  qanunlara əl atdı ki, kilsənin təsir mexanizmini azaltd. Hətta kilsənin müxtəlif nümayəndələrinin çıxışları, koçaryan-kilsə münasibətləri, sarkisyan-kilsə münasibətləri bu məsələlərdə Paşinyan bir addım da geri durmadı və kilsənin əlində toplanmış o vəsaitlərin təsir mexanizmlərini azaltmağa çalışdı.Ona görə də mütləq şəkildə kilsə belə bir bəyanat verməli idi. Çünki kilsənin təsiri həddən artıq çox idi. Vaxtilə hətta rəhbərlərin belə təyinatında bu və ya digər şəkildə kilsənin razılığını alırdılar. İndi demək olar ki, bu məsələlər yavaş-yavaş tənəzülə uğrayıb. Ona görə də kilsənin istər Qaraginin açıqlaması, digərlərinin açıqlaması məhz  bununla bağlıdır. Bu seçki qabağı manevrlərdir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər