“Düşünürəm ki, görüş Trampın iştirakı ilə baş tutduğu halda, ehtimallar kifayət qədər yüksəkdir. İmzalama da olacaq”.
Bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
O, bildirib ki, Tramp boş-boşuna gəlib orda hansısa bir danışıq aparmaq üçün o dəvəti, o görüşü təşkil etməz: “Yada salmaq istəyirəm ki, Trampın birinci müddətində də belə bir görüş onunun iştirakı ilə, onun gözünün qabağında, onun masasında imzalamalar olub. İndi də təşkil olunduğu halda, müsbət qiymətləndirərdim".
Respubilkaçılar partiyasından olan Konqresmen Co Vilson sosial şəbəkələr hesabında paylaşım edərək yazıb ki, Tramp qədər sülhə xidmət edən ikinci bir prezident olmayıb. O, Konqo və Ruanda, Tayland və Kamboça, Pakistan və Hindistan arasındakı tarixi barış proseslərini xatırladaraq, siyahıya tezliklə Azərbaycan və Ermənistanın da əlavə olunacağını vurğulayıb. Həmçinin Amerika Birləşmiş Ştatları dövlət katibi Marko Rubio ilə Fransanın xarici işlər naziri Jan-Noel Baro arasında da bu istiqamətdə məsləhətləşmələr aparıldığı bildirilir.
ABŞ-nin ölkəmizdəki sabiq səfiri, Metyu Brayza bildirib ki, cümə günü iki liderin sülh sazişi imzalayıb imzalamayacağını deyə bilmərəm. Amma bir şey aydındır ki, prezident Tramp bu prosesdə fəal iştirak etmək istəyir: “O, sülh prosesinə töhfə verərək Nobel Sülh mükafatına layiq görülmək istədiyini dəfələrlə bildirib. Görünür, Ermənistanla Azərbaycan arasında barış onun bu məqsədinə aparan yol kimi görünür. Əslində bu prosesin Trampın vasitəçiliyənə ehtiyac yoxdur. Ümid edirəm ki, onun bu yöndəki təşəbbüsü Tramp adminstrasiyasının mənim çalışdığım dövrdəki Buş adminstrasiyası kimi Cənubi Qafqazda sülh və rifahın strateji əhəmiyyətinə yenidən fokslandığını göstərəcək”.
İndi hər şey Vaşinqtonda keçiriləcək danışıqların nəticələrindən asılıdır.
Tahirə AĞAMİRZƏ