Azərbaycanşünas, sosioloq Armine Adibekyan 2018-ci ilədək müxtəlif qeyri-hökumət təşklatlarında işləyib və bütün tədbirlərdə, xarici səfərlərində Azərbaycan barədə təhqiramiz fikirlər işlədib. Özünün dediyinə görə Paşinyan hakimiyyətə gəldikdən sonra onun siyasi səriştəsizliyini yaxşı bildiyi üçün Azərbaycanda baş vermiş ictimai-siyasi olaylarla daha yaxından tanış olmaq, erməni ictimaiyyətinə ətraflı məlumat vermək məqsədilə Azərbaycanşünaslığa başlayıb. Azərbaycan mətbuatında gedən xəbərləri emənisayağı təhrif etməklə daha çox elektorat qazanmağa çalışan bu qadın yaxın günlərdə “Azərbaycanda ermənilərə zülm” adlı saxtaklarlıqlar, yalanlarla zəngin kitab çap etdirib. Bu cızmaqarada da ölkəmiz əleyhinə həqiqətə uyğun olmayan iftiralar yağdıran A.Adibekyan həyasızcasına vurğulayıb ki, sovetlər dövründə də Azərbaycanda ermənilərə zülm edilib. Halbuki həmin dövrdə ermənilər sadə azərbaycanlılardan daha yaxşı yaşayıb, bütün gəlirli sahələri ələ keçirərək təkcə öz sərvətlərini artırmayıb, həm də Ermənistandakı qohum-əqrabalarına maddi yardım edib və “hayastan” fonduna pullar keçiriblər. Bundan əlavə yüksək vəzifələrdə işləyən çoxsaylı azərbaycanlıların həyat yoldaşı da məhz erməni millətindən olub və onlar sözün həqiqi mənasında kef içində yaşayıblar.
Məlum olduğu kimi, hazırda da Bakıda yaşayan minlərlə erməni qadının həyat yoldaşı azərbaycanlıdır və onlar həmişə olduğu kimi, bu gün də naz-nemət içindədirlər.
Həmişə görüşdüyü beynəlxalq təşkilatların nümayəndələrinə Azərbaycandan şikayətlər edən və erməniləri “məzlum” adlandıran bu qadın özünün “Lurer.com”a verdiyi müsahibədə hər bir etikadan kənar ifadələrlə ünvanımıza təhqirlər yağdırır və dünya siyasətçilərinə “ağıl” verir ki, Azərbaycanı yalnız dalana dirəmək, Ermənistanın isə lehinə iş görmək lazımdır.
Özünü Azərbaycanşünas adlandıran ancaq Azərbaycan həqiqətlərini, eləcə də Cənubi Qafqazda yaranmış reallığı görməyən bu qadına inanan xarici həmkarlarınının da elə onun özü kimi siyasi və adi əxlaqi normalardan məhrum olduğunu isə əlavə şərh vermədən də görmək olur.
Nəsib QARAMANLI