«Lurer.com» xəbər verir ki, Avropa Birliyinin Cənubi Qafqazda və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün «Tvitter» səhifəsində Ermənistan və Azərbaycan arasındakı münaqişədən yazıb. O, qeyd edib ki, ermənilərin Azərbaycana qarşı hərbi cinayətlər törətməsini sübut edən bir neçə video material alıb. Bunu təsdiq etmək üçün tədqiqat aparılacaq və əsl günahkar aşkarlanaraq məsuliyyətə cəlb ediləcəkdir. Avropa Birliyi rəsmisinin bu çıxışı ermənilərin yenidən hay-küy salmasına səbəb olub. Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan da soydaşları kimi həqiqətlə barışmayaraq yazıb ki, erməni hərbçiləri heç vaxt hərbi cinayət törətməz. Xəstə təxəyyülünün məhsulu olan bu ifadə dünyanın münaqişələrlə məşğul olan ekspertləri tərəfindən rişxəndlə qarşılanıb. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində ermənilərin hansı vəhşilikləri törətdikləri barədə ermənilərin özlərinin də lentə aldığı və paylaşdığı video materiallar isə E.Marukyanın utanmadan cinayətkarlara vəkillik etməsindən xəbər verir. Erməniləri humanist xalq adlandıran E.Marukyan Avropa mütəfəkkirlərinin onlar barədə dediyi sözləri yəqin ki oxumuş olar. Bu baxımdan ərəb mənşəli rus şairi A.Puşkinin söylədiyi «Sən köləsən, sən nökərsən, sən yalançısan, qorxaqsan, sən ermənisən» sözləri də heç vaxt öz məna tutumunu itirmir.
Nəsib QARAMANLI