Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanla İran arasında illik ticarət dövriyyəsi 500 milyon dollara yaxındır. Bunun da böyük hissəsi, təxminən 473 milyon dolları İrandan idxal olunan məhsulların payına düşür. Məhz buna görə də İrandan gətirilən məsulların qiymətində artım müşahidə edilə bilər.
Deputat əlavə edib ki, qiymət artımlarının baş verməməsi üçün sahibkarlar tərəfindən alternativ bazarların və alternativ idxalın həyata keçirilməsinə ehtiyac var. O cümlədən qardaş Türkiyədən oxşar məhsulların idxalının həyata keçirilməsi mümkün ola bilər: “Ona görə də İrandan idxal edilən məhsulların alternativ olaraq digər bazalardan idxal edilməsi vacibdir. Eyni zamanda Azərbaycan bir sıra yaxın şərq ölkələrindən də məhsul idxalı və müəyyən ixracat həyata keçirir ki, nəqliyyat baxımından da bu istiqamətdə idxal və ixracatda çətinliklərin olacağı istisna deyil”.
Tahirə AĞAMİRZƏ