23.04.2025, 15:32
AZ EN
23.04.2025, 10:46 92

Prezidentin Çinə növbəti səfəri münasibətlərimizin yeni mərhələyə daşınmasına gətirib çıxaracaq

YAZILAR
  • Son illərdə Azərbaycan ilə Çin arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

2023-cü ildə Astanada imzalanan birgə bəyannamə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin inkişafında da mühüm dönüş nöqtəsi olub. Əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır. İqtisadi və humanitar sahələrdə  də genişlənir. Ticarət dövriyyəsinin  əhəmiyyətli dərəcədə artması Çin bazarında Azərbaycan məhsullarına marağın yüksəlməsi,  eləcə də kəmər və yol təşəbbüsü çərçivəsində birgə layihələrin icrası bu münasibətlərin möhkəmləndiyini göstərir.

Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “İki Sahil”-ə açıqlamasında deyib.

Millət vəkili bildirib ki, böyük dövlətlərlə tərəfdaşlıq birmıənalı güc, nüfuz və toplumda mənəvi yetkinlik tələb edir. Əksər halda bu əməkdaşlıq müstəqillik və suverenlik  üçün təhdidlər yarada bilər: “Prezident İlham Əliyevi şaxələndirilmiş xarici siyasət kursu ölkəmizin  hərbi siyasi qələbələri ilə yaratdığı yeni reallıqla artan nüfuzumuz bizə istənilən güclə bərabər hüquqlu tərəfdaşlığa tam imkan verir. O cümlədən də Çin, Xalq Respublikası ilə. Çinlə strateji tərəfdaşlıq dövlət başçımızın da ifadə etdiyi kimi, böyük naliyyət və böyük məsuliyyətdir. Çünki təcrübə də göstərir ki, Çin siyasi yükü və iqtisadi çəkisi bir qayda olaraq dominantlığı ələ alaraq təktərəfli ixrac formatı diqtə edə bilər. Lakin İlham Əliyevin vizyonu Cənubi Qafqazda nə əhali, nə ərazi göstəriciləri ilə Çinlə müqayisə olunmayan Azərbaycanı elə bir səviyyəyə çatdırıb ki,  Pekin özü Bakıya bərabər hüquqlu, güvənilir tərəfdaş,  cənab İlham Əliyevə isə hesablaşılan  qlobal lider kimi baxır. Təsadüfi deyil ki, son dörd ayda 100 milyonlarla auditoriyası olan üç böyük Çin mediası Azərbaycan Prezidentindən müsahibə alıb. Bəs dünya  qütbü olan Çin üçün regionda diktə edə biləcəyi digər subyektlər var ikən Azərbaycan kimi  suveren iradə ilə bərabər hüquqlu əməkdaşlıq niyə maraqlıdır? Azərbaycan Pekin üçün ilk  növbədə Prezident İllam Əliyevin simasında  vədinə sadiq liderin mövcudluğu arzu olunan tərəfdaşa çevrilər. Məsələn, heç uzağa getməyək, amma altı ay öndə Çində gördülər ki, bəzi Qərb dairələri tərəfindən geniş miqyaslı  əsassız təzyiq kampaniyalarına baxmayaraq, Azərbaycan siyasi iradə və peşəkarlıqla  COB29-u uğurla realizə edib. Prosesdən qalib, qlobal təşəbbüskar tərəf kimi ayrıldı. Yəni Çində əmindirlər ki, kənardan keç kəs Azərbaycan liderinin iradəsinə tərsir edə, nə də ölkənin müstəqil xarici siyasət kursuna fərqli yön verə bilməz. Yəni sözümüz imzamızdır. Azərbaycan lideri vədlər vermir.  Ortada real fəaliyyət var və  son 20 ildə  sabit və təhlükəsiz şəraitdə  ölkəmizdə həyata keçirilən  layihələr Çinə kəmər və yol təşəbbüsü çərçivəsində imkanlar reallaşdırmaq üçün tam yeni perspektvlər açır. Üstəlik, Azərbaycan Çindən yalnız  idxalı artırmr. Eyni zamanda dövlət başçımızdan müsahibə alarkən Çinin sinxu agentliyinin müxbirinin də ifadə etdiyi kimi, Azərbaycan məhsulları minlərlə çin layihələrinin eyni zamanda  evinə daxil olmaqdadır. Yəni biz hər mənada istər iqtisadi əməkdaşlıq, istər beynəlxalq müstəvidə iki ölkənin ümumi maraqlarının müdafiəsi, həmçinin sülh və sabitlik, inkişaf fəaliyyətinin  birgə təşviqi baxımından bu strateji tərəfdaşlıqdan qazanırıq və möhtərəm Prezidentin Çinə növbəti səfəri hesab edirik ki, münasibətlərimizin  tamamilə yeni mərhələyə  daşınmasına gətirib çıxaracaq.”

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR