10.10.2024, 16:07
AZ EN
03.07.2023, 11:30 247

Armen şikayətə gedəcək

YAZILAR
  • Artıq üçüncü ildir ki, bütün aylar kimi iyul ayı da ermənilər üçün yasla başlayır. Hələ 35 il öncə Qarabağdakı separatizmi beynəlxalq kürsüyə qaldıran və qaraçısayağı vay-şivən salan ermənilər etnik əməllərini sarsıdıcı zərbə aldıqdan sonra da davam etdirirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-dakı son görüşündən sonra yenə də müxtəlif siyasi hoqqalardan əl çəkməyən bu qaraniyyətli toplumun siyasiləri belə qənaətdədirlər ki, məsələ uzandıqca yeni şanslar yaranır və beləliklə, müsbət nəticələr əldə etmək mümkündür.

"Hraparak"ın  müxbirinin yazdığına görə, Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın iyulun 4-də ABŞ-a işgüzar səfəri də məhz yeni utopiyaya hesablanıb.

Bildirilir ki, səfər zamanı o, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Salivan və digər yüksək rütbəli rəsmilərlə görüşdə ABŞ-Ermənistan münasibətləri, həmçinin separatçı rejimin gələcəyi barədə müzakirələr aparacaq. Reallıq isə tam başqa olduğuna görə Armenin dediklərinin sabun köpüyündən başqa heç nə olmadığı elə indidən görünür.

N.Qaramanlı 

Oxşar xəbərlər