19.04.2025, 18:09
AZ EN
15.04.2025, 11:29 239

Qərbin siyasəti yenə puç oldu

YAZILAR
  • “Qərb üçün əslində ümumbəşəri dəyərlər, mən Qərb dedikdə, Qərbdə bizim çox dəyərli dostlarımız var, təbii ki, hamsına aid etmirik. Özünü sadəcə “beynəlxalq ictimaiyyət” adlandırıb dünyaya liderlik etmək istəyənlərdən söhbər gedir. Daha konkret desək, Avrostrukturlardan daha çox söhbət gedir. Ümumbəşəri dəyərlər, insan haqları, demokratiya onlar üçün  həmişə pərdə olub. Cənab Prezident də  onları dəfələrlə ifşa edib. İstər Əlcəzairdə Fransanın nekolonist siyasətində münasibətdəki bax, budur sizin insana münasibətiniz. Milyon yarım insan  qıran adam və yaxud da ki,  dünyanın gözü önündə  audiovizual vasitələrlə reallaşan o sübutlar əldə edilə-edilə bu gün iki yüzdən çox nüvə sınağı insanların yaşadığı yerdə keçirən Fransa hansı insan haqlarından danışa bilər”?

Bu fikirləri Real TV-yə açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov ifadə edib.

Deputat bildirib ki, öldürdükləri adamların kəllə sümüklərindən ibarət yaratdıqları muzey bu gün də Parisin mərkəzində qalmaqdadır. Onlar Azərbaycanın Zəfər Parkına əl uzadırdılar, dil uzadırdılar. Sanki bir vandallıq şəklində bunu qələmə vermək istəyirdilər. Biz heç kimin ərazisində gedib müharibə aparmamışıq. Biz müharibə belə başlatmamışıq onlardan fərqli olaraq: “Biz ərazilərimizi işğaldan azad etmişik və bu Zəfərimizi istənilən şəkildə qeyd  etmək Azərbaycan xalqının birmənalı şəkldə haqqıdır. Üstəlik,  nəzərə alaq ki, Azərbaycan Prezidentinin birmənalı, qəti tapşırığı ilə Azərbaycan ordusunun sıravi əsgərindən generalına, ən yüksək rütbəlisinə qədər  beynəlxalq humanitar hüququ rəhbər tutub. Biz bir nəfər də olsun mülki insana əl qaldırmamışıq, silah tuşlamamışıq. Bax, bu idi bizim fərqimiz”.

Millət vəkili daha sonra əlavə edib ki, indi bizə demokratiyadan, insan haqlarından dərs keçməyə çalışanlar öz ərazilərindən min yox,  on bin kilometrlərlə kənarda  görün hansı işlər görürlər. Ümumbəşəri dəyərləri necə ayaqlar altına atıb tapdalayırlar. Beynəlxalq hüquqa necə hörmətsizlik edirlər. Ona görə də ən doğrusu, elə biz özümüzük: “Möhtərəm Prezident cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin yubileyində dediyi kimi, bizi bizdən çox sevən yoxdur və çox şükürlər olsun ki, insanımız da, xalqımız da bunu daha yaxşı başa düşür”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR