17.06.2025, 09:55
AZ EN
06.03.2025, 17:11 211

Hay ombudsman hüquqdan xəbərsizdir

YAZILAR
  • "Hraparak"ın müxbiri Karen Martirosyan yazıb ki, Hayastanın ombudsmanı Anahid Manasyan mətbuata açıqlamasında Bakıda həbsdə olan hayların qaytarılması ilə bağlı Azərbaycan ombudsmanına yazdığı məktubun cavabsız qaldığını bildirib.

Anahid əlavə edib ki, işə başlayandan dərhal sonra Azərbaycan ombudsmanı ilə müntəzəm əlaqə saxlayaraq həbsdəki haylara siyasi məsələlər baxımından deyil, insan haqqları baxımından yanaşılmasını xahiş edib, amma cavabsız qalıb.

Buradan da göründüyü kimi, haylar  beynəlxalq hüquqla da bağlı hər şeyə məhz özlərinin mənafeyi baxımından yanaşırlar. Bakıdakı məhbus hayların hansı cinayətləri törətdiklərini isə görməməzliyə vururlar. O ki qaldı siyasətə, haylar heç olmasa indi dərk etməlidirlər ki, terrorçuluq və separatçılıq özü də məhz işğalçılıq siyasətindən qaynaqlanır və belələrinə qədim türk yurdu Qərbi Azərbaycan işğal edildikdən sonra orada yaradılmış marinet Hayastandan başqa heç bir yerdə bəraət qazandırılmır.

Nəsib

Oxşar xəbərlər