Erməni ekspert Artur Aqacanyan açıqlamasında deyib ki, həqiqətən də son zamanlar müxalifətin dirçəldiyini müşahidə edirir: “Xüsusilə də Robet Köçəryan və Serj Sarkisyan aktivlik nümayiş etdirirlər. Köçəryan yenidən siyasi meydana qayıtmaq istəyir. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Onlar bu seçkilərdə qələbə qazanmaq və öz hökumətlərini qurmaq istəyirlər. Bu mübarizə artıq indidən başlayıb”.
“Qlobal miqyasda baş verən müəyyən geosiyasi dəyişikliklər Amerikanın hal-hazırda Rusiya ilə normallaşdırma siyasət yürütməsi və bununla da Moskovanın müəyyən qədər qüvvətlənməsi erməni müxalifətini də ürəkləndirir”. Bu sözləri politoloq Sultan Zahidov İctimai televiziyaya açıqlamasında deyib. O bildirib ki, bu adı çəkilmiş şəxslər uzun illər Rusiyanın dəstəyini almış şəxslərdir: “İndiki halda Moskovanın güclənməsi onlarda belə bir xülya yaradıb ki, bəli, Moskova güclənərsə, yenidən həm Koçaryana, və ya Sarkisyana dəstək göstərər və onlar növbəti seçkilərdə qələbə qazana bilərlər”.
Gələcəkdə müxalif düşərgənin seçkilərdə qalib gəlməsi Ermənistanda revanşist qüvvələrin əl-qol açmasına şərait yaradacaq. Bu da Bakı və İrəvan arasındakı sülh danışıqlarına təsir edə bilər. Lakin bu məslədə Azərbaycan tərəfinin mövqeyi aydın və konkretdir.
Politoloq Sultan Zahidov qeyd edib ki, Azərbaycanın mövqeyi bəllidir: “Azərbycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanın sülhlə bağlı şərtləri məlumdur və əgər Ermənistan da bu sülh prosesinə konstruktiv yanaşmasa, uzansa, bu, Ermənistan üçün daha zərərli olacaq və əgər orda Faşizm və revanşizm daha davam etsə, Azərbaycana qartı qətil törədərsə, bununla bağlı ölkə başçısı da bildirdi ki, bu erməni faşizmi təhlükəlidir və bu faşizmi məhv edilməlidir”.
Görünən odur ki, ötən əsrin sonlarında Xankəndidə diskolasiya olunan 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycan torpaqlarına təcavüz edənlər yenidən həvəsə gəlib. Amma əbəs yerə. Çünki nə indi 1992-ci ildi, nə də Azərbaycan Ordusu həmin ordudur. İndi yeni reallıq var. Beş il öncə 44 gün ərzində yazılan reallıq.
Tahirə AĞAMİRZƏ