09.06.2025, 16:06
AZ EN
11.02.2025, 14:29 219

Erməni spiker Putini ciddi tənqid edib

YAZILAR
  • Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün jurnalistlərlə söhbətində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ünvanına tənqidi fikirlər səsləndirib.

O, Azərbaycanla Ermənistanın vasitəçilərsiz birbaşa danışıqlarının gərəkliyini bildirən Kreml sözçüsü Dmitri Peskovun sözlərini narazılıqla şərh edib. "Biz Rusiyanın vasitəçiliyini öz üzərimizdə, öz uşaqlarımızın üzərindədir çoх hiss etmişik. Bu ağrı hələ keçib getməyib. Rusiya böyük səylər göstərməlidir ki, erməni xalqı onun səmimiliyinə inansın... Hər yüz ildə bir dəfə özünün böyük mənafeyi naminə şüarlar səsləndirərək Ermənistanı, erməni xalqını, bizim uşaqları müdafiə etmək adı ilə onları xırda pula çevirənlər indi yenidən gəlib deyəcəklər ki, haylar, sizi xilas etməyə gəlmişik. Bunlar mənim üçün qəbuledilməzdir. Biz belə cəfəngiyyatlara yol verə bilmərik", - deyə o, Azərbaycan təyyarəsinin qəzaya uğraması səbəbindən iki ölkə arasında yaranmış soyuq münasibətə də fikir bildirib.

N.Qaramanlı

Oxşar xəbərlər