“Əvvəlki dövrdə əgər Fransa, Hindistan silahları Ermənistana çatdırırdısa, artıq Yunanıstan da bu prosesə qoşulmuşdur. Bu da regionda kifayət qədər ciddi təhdidlər, təhlükələr, gərkinlik yaradır”.
Bu sözləri politoloq İlyas Hüseynov İctimai TV-yə açıqlamasında deyib. Politoloq əlavə edib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan təhlükəsizliyini bir qədər də gücləndirməli, ayıq-sayıq olmalıdır: “Çünki hər hansısa bir formada təxribatların nəticəsində Nikol Paşinyan öz siyasi imicini bərpa etmək, reytinqini yüksəltmək sevdasına düşə bilər”.
Ermənistanın arxasında dayanan kollektiv Qərb Ukrayna cəbhəsində istəyinə tam nail ola bilmir və Rusiyanın diqqətini fərqli istiqamətə yönəltməklə onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaq üçün Azərbaycanı hədəf seçib. Bu, həmçinin rəsmi İrəvanın mənfəətlərinə də cavam verir.
Politoloq Tural İsmayılov məsələyə münasibət bildirərkən deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı ilə bağlı çox gərgin bir mənzərə hökm sürür: “Ermənistanın daxilində iqtisadi münasibətlər kifayət qədər zəif və kövrəkdir. Bu hadisələr onu göstərir ki, Ermənistan bu iqtisadiyyat zəifliyi fonunda xalqdan gələcək etirazların qarşısında gündəmi dəyişməyə hazırlaşır. Aatıq açıq-aydın görünür ki, bütün bunlar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatına, həmçinin eyni zamanda ölkəmizə qarşı növbəti müharibə hücumlarına səbəb ola bilər”.
Belə görünür ki, Azərbaycan sülhə nail olmaq və Cənubi Qafqazın təhlükəsizliyini təmin etmək məqsədilə çoxsaylı siyasi və diplomatik əmək sərf etsə də, Ermənistan təxribatlarından əl çəkmək niyyətində deyil. Sözsüz ki, Bakı belə məkrli addımların qarşısının alınması istiqamətində lazım olan tədbirləri beynəlxalq hüquq çərçivəsində həyata keçirəcək.
Tahirə AĞAMİRZƏ