20.09.2024, 06:48
AZ EN
23.01.2024, 14:58 264

Ermənistan uçuruma gedir

YAZILAR
  • Paşinyanın komandasında yeni çatların yaranması artıq gündəmə çevrilməkdədir. Bunun əsas səbəblərindən biri vəzifədə olanların diletantlığı, digəri isə kiminsə arzuladığı kresloya otura bilməməsidir. Erməni biznesmen Qaqik Caturyan bu fikirdədir. O, təkcə Paşinyanın deyil, özü də baş nazir olarsa ölkədəki durumdan çıxmağın mümkünsüzlüyünü vurğulayıb və bunun üçün 10 bənddən ibarət təkliflər paketini "Hraparak"ın bugünkü sayında yaydırıb.

İlk baxışda yenilik kimi görünən bu paketdə yazılanların bir neçə il əvvəldə gündəmdə olduğu aydın görünür. Təkliflər paketində milli birlik, diasporla, dost dövlətlərlə əlaqənin dərinləşdirilməsi, orduda islahat və onun döyüş ruhunun yüksəldilməsi və s. məlum tezislər barədə danışılır. Biznesmen onu da əlavə edib ki, sabiq iqtidarların ünvanına söylənilən iradlara, xüsusilə təhqirlərə son qoyulmalı, hakimiyyətdə vəzifəyə partiya mənsubluğuna görə deyil, bilik və bacarığa görə təyinat olmalıdır. O sona yaxın belə bir sərsəm fikir də açıqlayır ki, bütün bu deyilənlər baş tutarsa Qarabağ yenidən ermənilərin olar. Bax, elə bu məqamda Qərbi Azərbaycanlıların işlətdiyi bir söz yada düşür: Dəvənin quyruğu yerə dəyəndə, beli düzələndə yaxşı olacaq. Gözləyək, görək bu proses nə vaxt baş tutacaq ki, Ermənistanda  vəziyyət düzəlsin.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR