13.03.2025, 00:00
AZ EN
03.11.2022, 16:07 594

İran Ermənistana əlavə qaz verəcək

YAZILAR

Ermənistan KİV-lərində baş nazir Nikol Paşinyanın Tehrana son səfəri və oradakı razılaşmalar barədə məqalələr noyabrın 3-də də dərc olunmaqdadır. “Joğovurd” qəzetinin 3 noyabr tarixli sayında dərc olunmuş “İran Ermənistana əlavə qaz verəcək” başlıqlı yazıda göstərilir ki, bu günlərdə Ermənistan və İran arasında energetika sahəsində iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sonra isə həm rəsmi İrəvan, həm də rəsmi Tehran birgə bəyanat yayaraq İrandan Ermənistana qaz ixracının həcminin artırılmasını bildiriblər. Məsələ ilə bağlı qəzetin müxbiri iqtisadçı Suren Parsyanla söhbət edib. S.Parsyan bildirib ki, İranın Ermənistana daha çox qaz ixrac edəcəyi heç də ianə xarakteri daşımır. Belə ki, “2006-cı ildə bağlanmış müqaviləyə görə İrandan gələn bir kub metr qazın əvəzinə Ermənistan 3 kilovat elektrik enerjisi verirdi. Bu proqram “İrəvan İES” tərəfindən həyata keçirilir. Bu il isə həmin proqrama “Renko” cəmiyyətinin yaratdığı İstilik Elektirik Stansiyası da qoşulub. Nəticədə əlavə alınan qazın müqabilində Ermənistan İrana əlavə elektrik enerjisi verməlidir”. Qəzet daha sonra əlavə edir ki, İranın Ermənistana əlavə qaz verməsi heç də sakinlərin sosial durumunu yaxşılaşdırmaq məqsədini daşımır. İran əlavə qaz verməklə Ermənistandan əlavə elektrik enerjisi alacaq ki, bu da, iqtisadi tarazlığın pozulmaması üçündür.

Qeyd edək ki, erməni dilində farslara müxtəlif dialektlərdə pars, pers, persov deyirlər. Bu məqalədə sözügedən iqtisadçı Suren Parsyan isə familiyasından göründüyü kimi, fars mənşlidir və indi Ermənistan adlanan Qərbi Azərbaycana “Gülüstan” müqaviləsindən sonra köçürülənlərin törəmələrindəndir. Ötən əsrin 70-ci illərində erməni dövlət pedaqoji institutunun Azərbaycan dili və ədəbiyyatı şöbəsində fars dili dərsi keçən erməninin də soyadı Parsyon idi və o, bildirirdi ki, haylaşmış fars mənşəli babaları Marağadan köçüb gəliblər.

Nəsib QARAMANLI

Oxşar xəbərlər