12.03.2025, 22:53
AZ EN
15.08.2023, 12:25 441

İlyas Hüsenyov: “Fransa Ermənistan maraqlarından istifadə etməklə regionda öz varlığını sübut etməyə çalışır”

YAZILAR
  • Bakının icazəsi olmadan rəsmi İrəvan tərəfindən humanitar yük adı altında Xankəndinə göndərilən tırlar Laçın sərhəd-buraxılış məntəqəsinə yaxın ərazidə necə deyərlər, dalana dirənib. Buna baxmayaraq, hər ötən həftə vəziyyəti daha da gərginləşdirmək, tır şousu üzərinə beynəlxalq ictimaiyyəti manipulyasiya etmək məqsədilə bu avtomobil karvanına yeniləri əlavə olunur. Bu dəfə isə Fransanın bir sıra şəhərlər və regionlarından toplanmış guya yardından ibarət yük maşınını Qarabağa göndərilməsi barədə qərar qəbul olunub. Fransa təxribatçı Ermənistanı əhəmiyyətsiz də olsa, cəsarətləndirməyə çalışır.

Ermənistan və havadarları bölgədə təxribatlarını davam etdirirlər. Rəsmi Bakının icazəsi olmadan göndərilmiş “humanitar yüklərin” Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsinin mümkün olmayacağı isə qarşı tərəfə yaxşı məlumdur. Buna baxmayaraq, ötən həftə günlərdir Laçın postunun yaxınlığında gözləyən avtomobil karvanına qoşulmaq üçün “Grand Candy” şirkətinə məxsus olan əlavə iki tır da yola salındı.  İndi isə Fransanın Paris şəhəri, eləcə də bir sıra digər regionları tərəfindən Xankəndiyə 20 ton ərzaq yardımının göndərilməsi barədə qəar qəbul olunub.

Politoloq İlyas Hüseynov ATV-yə  açıqlamasında bildirib ki, Fransanın müxtəlif bölgələrindən Xankəndiyə “hunamitar yüklərin” göndərilməsi cəhdi birbaşa olaraq siyasi sabotajdır, regionda vəziyyəti daha da gərginləşdirməyə yönəlib: “Lakin unudur ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, onun fundamental  norma və prinsiplərinə söykənib. Belə görünür ki, Fransa-Ermənistan tandemi burada tır şousunun arxasında dayanır.”

Paşinyan hakimiyyətinin Azərbaycana qarşı humanitar yük təxribatının həmmüəlliflərindən birinin məhz Fransa olduğu artıq heç kimə sirr deyil. Təəccüblü deyil ki, beynəlxalq ictimaiyətdən yardım dilənən separatçılara “humanitar yardım” təşəbbüsü ilk öncə rəsmi İrəvandan, daha sonra isə Parisdən gəldi.

“Fransa Cənubi Qafqazda  nəyin hesabına olursa-olsun möhkəmlənmək niyyətini güdür.  Çünki ATƏT-in Minsk qrupunun formatı tarixin zibilliyinə göndərildi və effektsiz bir platforma kimi yaddaşlarda qaldı. Fransa Ermənistan maraqlarından istifadə etməklə  regionda öz varlığını sübut etməyə çalışır”.

Görünür, rəsmi Paris Afrikada əzilən burnunu Ermənistan vasitəsilə Cənubi Qafqaza soxmağa çalışır. Lakin nə Ermənistandakı mövcud hakimiyyət, nə də onun Qərbdəki havadarları Azərbaycana qarşı humanitar yük təxribatına başlayarkən bu avantüranın son nəticəsini dəqiq hesablayıb. Bu cür təxribatlarla beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycana qarşı təzyiqə nail olmaq, Laçın yolunu yenidən hərbi məqsədlərlə istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər