21.11.2024, 18:50
AZ EN
29.10.2024, 11:00 222

Azərbaycan Ordusu reytinq siyahısında 29-cu yerdədir

YAZILAR
  • Son bir neçə ildə Azərbaycan Ordusu bir-birinin ardınca özünə məxsus qələbələrə imza atıb. Son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilib.

2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaranması həmin dövrdən başlayaraq Nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrinin istehsalının genişıəndirilməsi və keyfiyyətinin daha yaxşılaşdırılması ilə nəticələnib. Azərbaycan MDB məkanında 4 ölkədən biridir ki, onun müasir tələblərə cavab verən müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Vətən müharibəsində Ordumuzun apardığı döyüş siyasəti də sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri məğrur və yenilməzdir.

"Daha əvvəlki reytinqlərdə Azərbaycan, bildiyimiz kimi, ilk 50-likdə yer alırdı, birdən-birə 21 pillə irəliyə gedən Azərbaycanın vəziyyəti digər ordulara nisbətən daha sürətlə irəlilədi, biz belə sürətli irəliləyişi əvvəlki illərdə heç bir orduda müşahidə etməmişik. Buna səbəb isə böyük ehtimalla Azərbaycanın keçən ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə cəmi bir neçə saat ərzində 405 kvadrat kilometr ərazini erməni separatçılarından və terrorçularından təmizləməsi də təsir göstərir".

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev "ARB24"-ə açıqlamasında ifadə edib.

Hazırda Azərbaycan daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirməsini və dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə hərbi əməkdaşlığı diqqətdə saxlayır.

"Xatırladıram ki, son ay ərzində yalnız təhlükəsizliyə ayrılan xərclərə əlavə olunan 1.700 milyard manat vəsait Ermənistan ordusunun təxminən hərbi büdcəsinə bərabərdi. Belə olan halda, təbii ki, Azərbaycan yalnız regional lider deyil, artıq orta güc dövləti olmaq iddialarını da aşkar şəkildə ortay qoyur".

Qeyd edək ki, Banqladeş siyahında 30-cu, Kolimbiya 31-ci, Kanada 32-ci, İtaliya isə 34-cü yer tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər