22.12.2024, 09:18
AZ EN
04.10.2024, 14:15 271

Musa Qasımlı: "Prezidentin və birinci xanımın Cəbrayılın Şəhər Günündə iştirakı həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir"

YAZILAR
  • “Cəbrayıl şəhər günü ərəfəsində cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri həm rəmzi məna daşıyır, həm də dövlət başçımızın müəyyənləşdirdiyi ümumi strateji xəttin həyata keçirilməsində vacib addımdır”.

Bunu Milli Məclis sədrinin müavini, deputat Musa Qasımlı deyib.

O, əlavə edib ki, ona görə rəmzi məna daşıyır ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqımız daim şəhər, rayon və kəndlərimizin işğal günlərini acıyaraq xatırlayıb, dədə-baba torpaqlarına nə vaxt qayıdacaqlarını düşünüblər. Bu milli istəyi yerinə yetirən  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq millətimizin həyatına bayram övqatlı  şəhər günlərini gətirib. Hər dəfə də şəhər günləri ərəfəsində həmin rayonlara səfər edir. Ona görə ümumi strateji xəttin tərkib hissəsidir ki,  dövlət başçımız işğaldan azad edilmiş ərazilərin ən müasir şəkildə - "ağıllı kənd", "ağıllı şəhər" kimi qurulmasını, qeyri-neft sektorunun inkişafını irəli sürüb və bu iş planlı olaraq  davam etdirilir. 

“Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında bir neçə fabrik və zavodun təməlinin qoyulması, tam orta məktəbin,  yeni su elektrik stansiyasının açılışı, yeni yaşayış massivinin, istirahət mərkəzinin tikintisi ilə tanışlıq həmin məqsədin yerinə yetirilməsinə yönəlib. Bu, eyni zamanda turizmin inkişafına imkanların açılması, yeni iş yerlərinin yaradılması və insanların rifahı deməkdir",- deyə millət vəkili vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər