01.06.2025, 10:46
AZ EN
03.09.2024, 10:29 355

Qarabağdan köçənlər hakimiyyətə əlavə yük olub

YAZILAR
  • Ötən ilin sentyabrındakı birgünlük antiterror əməliyyatında biabırcasına təslim olan separatçı rejimin başçıları İrəvana köçdükdən sonra özlərinin reallığa uyğun gəlməyən çıxışları və ambisiyaları ilə Ermənistan hakimiyyəti üçün əlavə başağrısı yaradıblar. Bu qənaətə gəlməyə dünən bədnam "arsax günü" adı ilə keçirilən müxtəlif tədbirlər də əsas verir. Daha çox müxalif "Hraparak" media şirkətlər qrupunun paylaşdığı xəbər və məqalələrdə özünə yer alan bu yas dolu tədbirlərdə səslənən fikirlər cari siyasi reallıqdan tam uzaq olsa da, görünən həm də odur ki, Ermənistan hakimiyyəti Qarabağdan köçənlərin əlindən artıq təngə gəlib və onların haqsız iddialarına görə yaranan problemlərdən hələlik yaxa qurtara bilmir.

Məhz elə bu səbəbdən də hər bir vacib məsələnin müzakirəsi  "arsaxlılarsız" keçirilir. Amma diqqət çəkən bir məqam da var. Belə ki, parlamentin insan haqqlarının müdafiəsi komissiyasının sədri A.Koçaryanın dediyi kimi, müxalif deputatlar haqqlarını müdafiə etməyə borclu olduqları Ermənistan seçicilərinin maraqları ilə deyil, yalnız Qarabağdan gələnlərin əsassız və qeyri-qanuni ambisiyaları ilə məşğul olurlar.

Bütün bunlar və xüsusilə keşiş Bağratın növbəti kütləvi etirazlar üçün bütün vasitələrdən istifadə olunacağı barədə hədələyici çıxışları artıq hakim partiyadakı fəallar arasında əndişə yaradıb və ona görə də Qarabağdan köçən ermənilərin ölkəni tərk etmələri üçün lazım olan sənədlərin maneəsiz verilməsi prosesi sürətlənir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər