Regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik axitekturasının bünövrəsini qoyan Vaşintqon razılaşması Azərbaycanın diplomatiyasının uğurlu addımlarının məntiqi davamıdır.Tarixi razılaşma üçonillikdir ki, toqquşmaların, gərginliklərin epsentirində olan Cənubi Qafqaz regionu üçün dönüş nöqtəsidir. Formal olaraq sülh sazişinin imzalanması yolunda indi yalnız bir maneə var; Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğu.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsində bir daha Azərbaycanın qətiyyətli mövqeyini açıqladı. Həmin müddəaya dəyişiklik ediləcəyi təqdirdə, sülh sazişi imzalanacaq.
Prezident İlham Əliyev Vaşinqtonda imzalanan sənədin şübhə altına alınacağı təqdirdə, Ermənistanı gözləyən acı nəticələrin də proqnozunu verdi. Ekspertlər bunu Ermənistana mühüm mesaj kimi dəyərləndirir. Sülh Ermənistanın xilas yoludur.
“Dövlətlərarası sənədlər, onların kim tərəfindən imzalanmasından asılı olmayaraq, dövlətlərin qarşılıqlı olaraq götürdüyü öhdəlikləri ehtiva edir. Nəticə etibarilə ya siyasi hakimiyyət dəyişəcəksə, bu və ya digər tərəfin əsassız şəkildə müqavilənin şərtlərindən imtina etməsi hüqupresident yaradır”.
Bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli ATV-yə açıqlamasında deyib.
Deputat vurğulayıb:
“Düşünmürəm ki, Ermənistanda hər hansı bir siyasətçi özündə cəsarət tapıb Amerika Birləşmiş Ştatlarına qarşı getmək iqtidarında olsun. Eyni zamanda özündə cəsarət tapıb yenə də beynəlxalq hüququn və digər məqamların Azərbaycan tərəfində olduğunu nəzərə alaraq Azərbaycana qarşı getmək iddiasında olsun”.
Razılaşmanın pozulması etimalında Ermənistanın təkcə Azərbaycanla yox, Birləşmiş Ştatlardala da münasibəti zərər görəcək. Bu isə İrəvan üçün həm siyasi təcrid, həm də iqtisadi çöküş anlamına gəlir. Vaşinqton razılaşması illərdir ki, işğalçılıq siyasəti səbəbindən təcrid vəziyyətində olan Ermənistanın tranzit ölkəyə çevrilməsi üçün bir şansdır. Zəngəzur dəhlizi regionun geoiqtisadi xəritəsini yenidən formalaşdırmaq iqtidarındadır. Yeri gəlmişkən, dəhliz həm də Çindən Avropaya uzanan orta dəhlizin mühüm qolu kimi çıxış edəcək.
“Təkcə yük daşınmaları və sərnişin daşınmaları üçün deyil, Eyni zamanda enerji resurslarının nəqli üçün də alternativ bir yol yaradacaq. Bu həm İrana, həm də Rusiyaya, həm Gürcüstanın özünə, bütövlükdə Ermənistana həmçinin Azərbaycan başda olmaqla, alternativ imkanlar verir. Bəlli olduğu kimi, orta dəhlizin, eyni zamanda şimal-cənub dəhlizin daha intensiv şəkildə işləməsi mahiyyət etibarilə yüklərin sayı gündən-günə artır. İqtisadi əlaqələr daha da genişlənir. Zəngəzur dəhlizi həm rentabellidir nəticə etibarilə, həm də prinsip etibarilə bölgənin bütün dövlətlərinə, Avropaya daha qısa yolla, daha təhlükəsiz bir şəraitdə çıxmaq imkanı verir”,- deyə millət vəkili vurğulayıb.
Beləliklə, Prezident İlaham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” tele-kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə bir daha yeni reallığı göstərdi. Azərbayan regionu sabitlik və əməkdaşlıq məkanına çevirməkdə qərarlıdır.
Tahirə AĞAMİRZƏ