Siyasi şərhçi Elxan Şükürlü məslə ilə bağlı şərhində bildirib: “Belə bir etirazların olacağı gözlənilən idi. Çünki bu qəfildən başlanmış bir etiraz aksiyası deyildi. Son iki il müddətində , xüsusən də 44 günlük İkinci Qarabağ savaşından sonra Nikol Paşinyan hakimiyyəti hətta hərbi əməliyyatların gedişi dönəmində öz məğlubiyyətini, hərbi uğursuzluğunu, daha çox Rusiyanın Azərbaycan və Türkiyənin maraqları ilə hesablaşması ilə izzah etməyə çalışırdı və bu iki il ərzində də bu, davamlı xarakter alıb”.
Elxan Şükürlü sonra qeyd edib ki, hal-hazırdakı baş verən aksiya da birbaşa Paşinyan hakimiyyətinin özünün təşkil elədiyi aksiyadır. Nə qədər desələr ki, bunu Qərbyönümlü hansısa bir ictimai təşkilat təşkilatçılıq funksiyasını yerinə yetirib. Əslində son iki il ərzində baş verən aksiyaların arxasında demək olar ki, Paşinyanın özü dayanır, öz komandası dayanır. Bunu demək üçün kifayət qədər əsaslar da var. Biz bu aksiyanın nə vaxt başladığına, harda keçirildiyinə və şüarlarına diqqət yetirsək, məsələnin mahiyyətini çözərik. Dekabrın sonunda bildiyimiz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan ictimai televiziyasında bir çıxışı oldu və orda açıq şəkildə ilk dəfə olaraq, erməni rəsmisi tərəfindən açıq şəkildə elan olundu ki, Rusiya onları iki məsələdə məcbur edir. Birincisi, Zəngəzur dəhlizinin açılmasıdır, ikincisi də Ermənistanın gələcəkdə Belarus-Rusiya-İttifaq dövlətinə qoşulmasıdır. Yəni, Armen Qriqoriyan elan etdi ki, Rusiya onları bu iki istiqamətdə təziq göstərir: “ Hal-hazırda bu gün elə efirlərdən də göründüyü kimi, o şüarların mahiyyətində Rusiyadan narazılıq açıq şəkildə ifadə olunur. Məsələnin mahiyyətində də Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildən üzü bu yana yürütdüyü rəsmi kursun detallaları öz əksini tapıb. Paşinyanın istəyi nədir? Onu gətirən Qərbyönümlü qüvələrdir və bu gün Birləşmiş Ştatların və Fransanın xüsusən də Avropa İttifaqı ilə və Birləşmiş Ştatların Paşinyan hakimiyyətini qorumağının da əsas səbəbi odur ki, onlar Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağa çalşırlar. Paşinyan hakimiyyətinə verilən əsas təlimatlardan biri də odur ki, o Ermənistan cəmiyyətində antirusiya ovqatını, meylini gücləndirməlidir. O, Rusiyanın artıq Ermənistana kömək etmədi təəssüratını yaratmalıdır və Ermənistan cəmiyyətinin Qərbə yaxınlaşmasını sürətləndirməlidir. Ermənistan Paşinyan hakimiyyətə gələn dönəmdən başlayaraq, Avropaya inteqrasiya xəttini seçib. Bütün çıxışlarda, rəsmi kusrlarda, Ermənistanın Avropa İttifaqıyla, hətta NATO ilə yaxınlaşması təşəbbüsləri ortadadır. Hətta Paşinyan hakimiyyətə gəlməmişdən öncəki dönəmdə də o parlamentdəki fəasliyyəti zamanı o Qərbyönümlülüyü ilə seçilirdi və indi də belə bir qüvvə Ermənistanda hakimiyət başındadır. Üstəlik də müharibədə məğlub olsa belə Ermənistan cəmiyyət onu müdafiə edir. Bu həm də Paşinyan hakimiyyətinin son 4 il ərzində apardığı siyasətlə bağlıdır. O məqsədli şəkildə Ermənistanı Rusiyadan, Rusiyanı müdafiə elədiyi Kollektiv Təhlükəsizlik Təşkilatından, MBD-dən, Avrasiya İttifaqındn uzaqlaşdırmaq xətti seçib. Onun əsas məqsədi də elə budur və bu səbəbdən də Qərb tərəfindən böyük bir himayəyə malikdir. Bu gün bu aksiyada səsləndirilən şüarlar bizə Ermənistanla Rusiyanın münasibətlərinin hansı həddə qədər qırılma nöqtəsinə yaxınlaşdığı məsafəsini çox aydın şəkildə göstərir və görünən də odur ki, bundan sonrakı mərhələdə Rusiya ilə Ermənistanın münasibətlərindəki bu gərginlik daha açıq xarakter alacaq və bu bizə də ən lazım olan addımlardan biridir və bizim də uzun müddət dediyimiz bu idi ki, məhz bu dönəmdə Rusiya ilə biz hər hansı konfliktli stiuasiya yaratmadan biz Ermənistan-Rusiya münasibətlərindəki o gərginlikdən məharətlə istifadə etməyi bacarmalıyıq”.
Hazırladı: Tahirə AĞAMİRZƏ