02.08.2025, 03:01
AZ EN
30.08.2024, 12:40 406

Bir əsgərimizin dırnağı qanayarsa, Ermənistan ordusunun atəş açdığı mövqelər darmadağın ediləcək

YAZILAR
  • “Sağlam məntiqdən məhrum olan Ermənistan tərəfindən açılan atəş ilə bir əsgərimizin dırnağı qanayarsa,  Ermənistan ordusunun atəş açdığı mövqelər darmadağın ediləcək, həm də ən qısa müddətdə”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ermənistanın silahlandırılmasına və Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmasına münasibət bildirərkən“ARB24”-ə açıqlamasında  deyib.

Hərbi ekspert əlavə edib: “Orda Ermənistan dəfələrlə artıq itkilərə məruz qalacaq. Həmin atəş açılan Ermənistan ordusunun mövqeləri bizim üçün əhəmiyyət daşıyırsa, həmin mövqelərdə Azərbaycan əsgəri, Azərbaycan bayrağı yerləşdiriləcək. Bu, indiyə qədər belə olub, bundan sonra da belə olacaq. Bizim təmkinli davranmaqda məqsədimiz xəbərdarlıqlarlar etməklə fəaliyyətimizi davam etdirmək onunla əlaqəlidir ki, biz yeni müharibə istəmirik. Amma Allah eləməsin ki, bir əsgərimizin bir telinə zərər gəlsin...”

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər