20.09.2024, 09:29
AZ EN
01.08.2024, 12:38 242

“Metsamor” ekoloji təhlükəsizliyə təhdiddir

YAZILAR
  • Fransa şirkəti “Metsamor” Atom Elektrik stansiyasının yeni enerji blokunu tikə bilər. Ermənistan mediası yazır ki, bu məsələ Fransanın Ermənistandakı səfiri Alivi de Katini və dünyanın ən böyük atom elektirik stansiyaları üçün avadanlıq istehsalçılarından biri olan Fransanın “Fermaton” şirkətinin nümayəndələrinin stansiyaya səfəri zamanı müzakirə olunub. Region ölkələri üçün ciddi təhlükə doğuran bu Atom Elektrik Stansiyasının mövcud iki blokunun istismar müddəti 2036-cı ilə kimi uzadılıb.

“Metsamor” bu gün dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilmiş stansiyadır. Sovet dövründən qalma avadanlıqlara malik olmaqla yanaşı,  o, eyni zamanda beynəlxalq qurumların indi nüvə təsisi inşasının məcburi komponentləri saydığı mühafizə strukturlarına da  sahib deyil. Bu aspektdən də Atom Elektrik Stansiyasının mövcud iki blokunun istismar müddətinin 2036-cı ilə qədər uzadılması real təhlükəni daha da artırır.

“1982-ci ildə  elə bu “Metsamor” Atom Elektrik Sransiyasında kçik bir yanğın baş vermişdi. Təhlükəsizlik imkanları o qədər məhdud idi ki, yanğının söndürülməsinə yeddi saatdan çox vaxt sərf edilmişdir. İndi təsəvvür edin ki,  hər hansı bir blokda qəza baş verəcəyi təqdirdə bütövlükdə regionu nələr gözləyə bilər. Nəzərə almaq lazımdır ki,  “Metsamor” Atom Elektrik Stansiyası Azərbaycanın sərhədlərindən  çox da uzaqda yox, 120 kilometr məsafədə yerləşir”. Bunu VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşrli “ATV”-yə açıqlamasında deyib.

Atom Elektrik Stansiyasına texniki xidmət göstərən əsas podratçı Rus Atomdur. Atom Elektrik Stansiyası üçün nüvə yanacağı da Rusiyadan gətirilir.  Hazırda Ermənistan Rusiyadan deyil, Qərb modul texnikalarından istifadə etməklə, yeni  enerji blokunun tikintisi variantını müzakirə edir.  Təsadüfi deyil ki, ötən həftə  Ermənistan Təhlükəsizlik Şurasının  katibi Armen Qriqoriyan  Atom Elektrik Stansiyaları üçün dünyanın ən böyük avadanlıq istehsalçılarından biri olan Fransanın “Frematon” şirkətinin nümayəndə heyəti ilə danışıqlar aparıb.

Politoloq İlyas Hüseynov isə bildirib ki, bu, şübhəsiz, həm də Rusiyaya qarşı bir demaşdır: “Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinlə görüşündə də bildirmişdir ki,  Atom Elektrik Stansiyasının yeni reaktrının tikilməsi ilə bağlı planlar var və  Rusiya buna dəstək olmalıdır. Lakin belə görünür ki,  Ermənistan Qərbə meyl göstərməklə yanaşı, müxtəlif siyasi, təhlükəsizlik zəmanətləri fonunda həm də “Metsamor” Qərbin maraq dairəsinə düşmüşdür”. 

Nəticə etibarilə, görünür,  Fransa indi də bu yolla region ölkələrinə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır. Yayılan xəbərlərin özünü doğruldub doğrultmayacağını isə zaman göstərəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR