Bu sözləri açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
Ş.Bayramov bildirib ki, tələbələrin sosial rifahının yaxşılaşdırılması yalnız təhsilalanların maddi durumuna dəstək olmaqla kifayətlənmir, eyni zamanda, onların təhsilə, elmi axtarışlara və fərdi inkişaf yoluna daha inamla yanaşmalarını təşviq edir. Prezidentimizin bu təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir.
“Ali təhsilimizin ən böyük himayədarı olan Prezidentimizə Qarabağ Universitetinin tələbələri və əməkdaşları, eləcə də Qarabağ Universitetini seçməkdə qərarlı olan abituriyentlər adından dərin təşəkkürümüzü bildiririk. Fikrimizcə, tələbələrə verilən təqaüdlərin məbləğinin məhz indi artırılması ixtisas və universitet seçimi ərəfəsində olan abituriyentlər üçün əlavə stimuldur. Bu baxımdan, yalnız dövlət sifarişi əsasında tələbə qəbulu aparılan Qarabağ Universitetini seçəcək gənclərin bu fürsəti düzgün dəyərləndirəcəklərinə inanırıq.
Eyni zamanda, fürsətdən istifadə edərək, Qarabağ Universitetinin yaradılması təşəbbüsünə, bu ali təhsil müəssisəsinin müasir infrastrukturla formalaşdırılmasına verdiyi davamlı dəstəyə və universitetimizin hərtərəfli inkişafına göstərdiyi şəxsi diqqətə görə ölkə başçısına bir daha dərin minnətdarlığımızı çatdırırıq.
Dövlət başçımızın “Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir" fikri bizim üçün həm böyük məsuliyyət, həm də fəaliyyətimizdə mühüm istinad və ilham mənbəyidir. Bu fikrə sadiq qalaraq söz veririk ki, Qarabağ Universiteti yüksəkixtisaslı mütəxəssislər və Vətənə sadiq, cəmiyyətə faydalı, intellektual vətəndaşlar yetişdirməyə davam edəcək”, - deyə rektor bildirib. (AZƏRTAC)