04.02.2025, 07:48
AZ EN
20.05.2024, 12:39 300

Ermənistan cəmiyyəti anlayır ki, hansısa təxribat onların düşdüyü uçurumu daha da dərinləşdirə bilər

YAZILAR
  • Ermənistanda keşişin şousu davam edir. Son günlər Ermənistanda keçirilən aksiyalara liderliyi keşişin etməsi bir sıra mətləblərdən xəbər verir. Xüsusən də Paşinyanın hakimiyyətə ilk gəlməsindən bu yana müxtəlif qrupların bu kimi etiraz aksiyalarında bir araya gəlməsinin şahidi olurduq. Kökünə diqqət etsək, bir mənbədən suyu gələn mənsəbi isə hələ də olmayan bu aksiyalarda bu dəfə növbəti nəbz yoxlanışı prosesi gedir. Buna Paşinyana qarşı mübarizədə son kozur da demək olar.

Politoloq Tural İsmayılovun fikrincə, Ermənistanda baş verən hadisələrin arxasında xarici güclər dayanır: “Azərbaycan və Ermənistan arasında COP29 öncəsində imzalana biləcək sülh müqaviləsini sabotaj etmək üçün son vasitə olaraq II Qareginin rəhbərliyi altında olan Qriqorian kilsəsindən və müxtəlif çeşidlərdən istifadə edirlər. Əlbəttə ki, bütün bunlar heç bir nəticə verməyəcək. Çünki Ermənistan  dövlət olaraq Azərbaycanın qarşısında götürdüyü öhdəliklər var. Bu, məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi isə odur ki, Azərbaycan regionda qalib tərəf kimi şərtləri diqtə edir və əsası bu gün orda küçəyə çıxıb təlxəklik etməklə məşğul olan “keşişlərin” Ermənistanın ictimai rəyində heç bir çəkisi və nüfuzu yoxdur. O adamlar böyük insan kütlələrini arxasınca apara bilməz. Bundan əlavə, Ermənistan  cəmiyyəti artıq məğlubiyyətlərdən, ümumiyyətlə, itkilərdən psixoloji sarsıntı keçirir və əlbəttə ki, başa düşürlər ki, növbəti dəfə hansısa təxribatlar etmək Ermənistanın özünün düşdüyü o uçurum vəziyyətini daha da  dərinləşdirə bilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər