22.11.2024, 02:33
AZ EN
16.01.2024, 12:31 204

Erməni politoloq siyasətdən xəbərsizdir

YAZILAR
  • Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yerli televiziyalara müsahibəsində Ermənistan barədə səsləndirdiyi reallıqlar erməni mətbuatında hələ də gündəmdədir.

"Hraparak"ın müxbiri Hayka Aloyanın politoloq Armen Vağdasaryanla son söhbəti də məhz sözügedən müsahibə barədədir və bəribaşdan deyək ki, bu müsahibədə erməni saxtakarlığı, reallığı dərk etməmə, qorxaqlıq, yeni bacı axtarışı özünü açıq-aydın göstərir.

Prezidentimizin beynəlxalq hüququn tələblərinə tam cavab verən humanist fikirlərinə ermənilərə xas səviyyəsizliklə cavab verən politoloq deyir ki, anklavları qaytarılacaq və onda Ermənistan öz daxilində blokadaya alınacaq. Sonra isə belə bir gülünc izahat verir ki, ermənilər öz ölkələrində bir yerdən başqa yerə getmək üçün mütləq Azərbaycandan icazə almağa məcbur olacaq, azərbaycanlılar isə Laçın NBM-də olduğu kimi yolu açmayacaq. Nəticədə haylar həmin yerlərdən ölkənin iç bölgələrinə köçməyə məcbur olacaqlar. Bir sıra yüksəkliklərin də Azərbaycana qayıdacağı da həmin politoloqun canına üşütmə salıb və o, bir daha vurğulayıb ki, anklavları sahibinə qaytarılmasın.

Sülh müqaviləsinin vasitəçilərsiz imzalanmasının zəruriliyi də Armen Bağdasaryanın, el təbirincə desək, başına yaş dəsmal bağlayıb. O, deyib ki, müqavilə imzalanarkən nüfuzlu dövlətlərdən biri Ermənistanın gələcək təhlükəsizliyinə zəmanətli olmalıdır. O, əlbəttə, Fransanı nəzərdə tutur. Amma  dərk etmək iqtidarında deyil ki, Fransa Ermənistanın böyük bacısı olduğuna görə onun heç bir vasitəçiliyi qəbul edilən deyil, digər bacı axtarışı aparmaq isə qəbulolunmazdır. Çünki hay bacılarından doğruluq, ədalət gözləmək qətiyyən olmaz. Belə olduğu halda vaxtı uzatmaq da heç bir müsbət nəticə verməz.

Sülh müqaviləsində "arsax"ın yer almasını istəyən bu politoloq deyilən hayın, doğrudan da, psixoloqa müraciət etməsinə ciddi səbəb var. Axı, "arsax" çoxdan cəhənnəmin dibindədir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR