Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, hakim "Vətəndaş müqaviləsi" fraksiyasının bütün üzvlərinə tapşırılıb ki, sözügedən məsələdə bütün vasitələrdən istifadə edərək komanda yoldaşları olan Avinyanın mer seçilməsinə nail olsunlar. O da diqqətə çatdırılır ki, hakim partiyanın namizədinin rəqibi olan Mane Tandilyan və Hayk Marukyan sakinlər arasında daha yüksək reytinqə malikdirlər. Bundan ehtiyatlanan hakim partiyanın funksionerləri qanunda nəzərdə tutulmayan vasitələrdən də istifadə etməyə məcbur ola bilərlər. "İrəvana kim sahibdirsə, ölkəyə də sahibdir", - deyə seçkidə udacaqlarını bəyan edən ermənilər yəqin bilməmiş deyillər ki, işlətdikləri bu ifadə Atarürkün "İstanbula kim sahibdirsə ölkəyə də məhz o sahibdir" müdrik kəlamından ermənisayağı oğurlanıb.
İrəvanın öz türk sahiblərinə məkan olacağı isə şəksizdir.
N.Qaramanlı