06.08.2025, 08:03
AZ EN
16.08.2023, 14:16 474

Revanşçılar sabah Paşinyana qarşı yeni hoqqa çıxaracaqlar

YAZILAR
  • "Hraparak" media şirkətlər qrupu milli demokratik qütb radikal təşkilatından verilən məlumata əsasən xəbər verir ki, avqustun 17-də saat 19-da Azadlıq meydanında Paşinyanın istefasına nail olunması üçün etiraz aksiyası başlayacaq.

Təşkilatın sədri, birinci Qarabağ müharibəsinin iştirakçısı və özü lovğalıqla etiraf etdiyinə görə əli yüzlərlə azərbaycanlının qanına batan Jirayr Səfilyan deyib ki, aksiyada yalnız ermənilərin rəsmi dövlət bayraqları olacaq. Heç bir partiyanın bayrağının orada olmasına icazə verilməyəcək.

Xatırladaq ki, 2020- ci il noyabrın 9-dan bəri revanşçı ermənilər dəfələrlə aksiya keçirərək Paşinyanın istefasını tələb etsələr də, ermənilərin özləri demiş, araba yerindən tərpənmir.

Sabahkı aksiyanın da nəticəsiz olacağı elə indidən məlumdur.

Nəsib

Oxşar xəbərlər