"Hraparak"ın müxbiri Susan Simonyanın bu günkü məqaləsində yazdığına görə, öz milyonların xilas etmək üçün Rusiya vətəndaşlığından imtina edib Xankəndinə gələn və separatçı rejimin fəallarından birinə çevrilən Ruben Vartanyan bu gündən etibarən hamilə qadınlara,16 yaşadək və yaşı 65-dən yuxarı olanlara pulsuz yemək verilməsi üçün "xeyriyyə yeməkxanaları açır.
Əlavə olunur ki, bir neçə gün öncə isə məktəblərin birində siqaret çəkənlərə hərəsinə bir qutu olmaqla siqaret paylanılıb. Müəllif bütün bunların Ruben Vartanyanın şəxsi vəsaiti hesabına baş verdiyini bildirməklə yanaşı belə bir fikri xüsusi vurğulayıb ki, ərzaq olduğu halda onu satışa çıxarmamaq da Rubenin bir növ özünə reytinq qazanmağa cəhd etməsini göstərir.
Nəsib