03.05.2025, 10:25
AZ EN
28.07.2023, 11:32 353

Azərbaycana qarşı formalaşan yeni ittifaq: İranın hiyləgər siyasəti Ermənistanı məhvə sürükləyir

YAZILAR
  • Əslində tarixi prosesləri nəzərə aldıqda, Hindistannın Ermənistanı dəstəkləməsi o qədər də təəccüblü deyil. Ermənilərin böyük bir hissəsi Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi məhz Asiya tərəfindən həyata keçirilmişdir. Oxşar mənzərə bu gün də davam etməkdədir. Amma fərqli formada. Belə ki, Hindistan əvvəllər olduğu kimi, bu gün də silahlar vasitəsilə Qafqazı qan gölünə çevirmək üçün “anbar” yolunu oynayır. Hindistandan İran vasitəsilə Ermənistana silah tədarükünü əks etdirən görüntülərin yayılması regionda  toqquşmalar yaratmağa çalışanlar arasında Yeni Dehlinin də olduğunu göstərir.

Qeyd edək ki, son üç il ərzində Hindistanla Ermənistan arasında ümumi dəyəri 400 milyon dollardan artıq olan hərbi əməkdaşlığa dair saziş imzalanıb. O cümlədən, hər iki ölkə arasında artan qarşlıqlı səfərlər Fransa ətri və Rusiya silahı ilə yaşayan  ermənilərin indi də hind musiqisi sədaları altında rəqs etməyə başladığını göstərir.

Politoloq Fikrət Sadıqov məsələ ilə bağlı Az.TV-yə açıqlamasında bildirib ki, Hindistanın özündə, bax burda, müəyyən bir alyansın yaranmasından narahatdırlar: “Azərbaycan-Türkiyə-Pakistan və Çin. Onlar hesab edir ki, belə bir qüvvənin orda yaranması nəinki Ermənistana, hətta Hindistana da, Hindistanın maraqlarına da zərbə vura bilər. Onların maraqlarına zidd bir alyans olduğunu düşünürlər”.

Onu da vurğulayaq ki, bu prosesdə Hindistanla bərabər İran da “əhəmiyyətli” yol oynayır və Tehran da bu məsələdə “süddən çıxma ağ qaşıq deyil”. Çünki hərbi yüklər öncə İranın Bəndərabas limanına, daha sonra isə bu ölkənin Nulduz sərhəd-keçid məntəqəsindən Ermənistana ötürülür. Hərçənd İranın hiyləgər siyasəti rəsmi Bakı üçün yeni deyil.  Bu dəfə isə molla rejimi Hindistan hökuməti ilə birgə “məğlublar ocağı” kimi tanınan Ermənistanın yanındadır.

“İranın bu addımı atması, yəni Hindistandan gələn silahlar üçün tranzit rolunu öz üzərinə götürməsi, Ermənistanı silahlandırması ilə xüsusi aktivlik nümayiş etdirməsi təbii ki, bu prosesdə ziddiyyətli xarakter daşıyır”. Bunu  politoloq Xəyal Bəşirov Az.TV-yə şəhrində səsləndirib. O, qeyd edib ki, hər bir halda düşünürəm ki,  İran rəsmiləri əgər həqiqətən də Azərbaycanla münasibətlərin kökdən pozulmasını istəmirlərsə,  əgər həqiqətən də Azərbaycana qonşuluq münasibətlərini davam etdirmək istəyirlərsə, bu kimi proseslərə maneəçilik törədəcəklər və  Ermənistanın silahlandırmasında nəinki rol acaqlar, əksinə bu prosesin qarşısının alınmasında aktivlik nümayiş etdirərlər.

Rəsmi Bakı Ermənistana militarizasiya olunmasında Cənubi Qafqazda sülhə maneələr törətdiyi ilə bağlı həm Hindistana, həm də İrana dəfələrlə xəbərdarlıq edib. Bunun qəbuledilməz olduğunu və Ermənistanda revanşist dairələrə nəfəs verdiyi diqqətə çatdırılıb. Bu, həm də hər iki ölkənin təmsil olunduğu “Qoşulmama Hərəkatı”nın tarixi Bandu prinsiplərinə tamamilə ziddir.

Hindistanın və digər ölkələrin Ermənistana yardımı uğursuzluğa düçar olacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər