17.06.2025, 14:35
AZ EN
05.07.2023, 14:42 400

İlyas Hüseynov: “Təəssüflər olsun ki, bu gün Ermənistana qarşı hansısa məhdudlaşdırıcı tədbirlər görülmür”

YAZILAR
  • Rusiya Ukraynaya ermənilərdən ibarət tabor göndərir. Könüllü taborun tərkibini Ermənistan vətəndaşlığını daşıyan ermənilər, həmçinin Abxaziyadakı etnik ermənilər təşkil edir. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan ermənilər cəbhədə gərginliyin artmasında maraqlı olduqlarını, Ermənistan isə başqa dövlətlərin işlərinə qarışmaq istidiyini gizlətmir.

Tarix boyu ermənilər, Ermənistan nifaq salmaq, işğal etmək, dağıtmaq, bölmək xisləti ilə tanınıb. Həm də onlardan alət kimi istifadə etmək başqa dövlətlərə sərfəli olub. Ermənistan bizə qonşu olduğundan və 30 il ərzində ərazilərimizi işğal altında saxladığından bu xəstə təfəkkürə yaxşı bələdik.  

Cənubi Qafqaza marağı olan  Fransa kimi dövlətlərin uzun illərdir regionda alətinə çevrilib. Erməni taborunun Donetski və  Uluqanskda yerləşdirilməsi heç də təsadüfi seçilməyib. Hər kəsə bəllidir ki, separatizm, işğal, terror rəsmi İrəvanın dövlət siyasətinin tərkib hissəsidir. Faşizmi dəstəkləyən bu ölkə separatçılarla çox yaxşı dil tapır.

Politoloq İlyas Hüseynov “Real” TV-yə açıqlamasında bildirib ki, bu məsələ artıq Amerika Birləşmiş Ştatların beyin mərkəzində hesabatın dərc olunması məhz Ermənistana yönəlik sanksiyaların, məhdudiyyətlərin tətbiq olunması ilə nəticələnməlidir: “Təəssüflər olsun ki, bu gün məhz Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan bəhrələnməyə və iqtisadi dvident  əldə etməyi bacaran  Ermənistana qarşı hər hansısa məhdudlaşdırıcı tədbirlər görülmür və burada qərəzli  münasibət özünü göstərməkdədir. Digər tərəfdən ermənilərin  özünün mahiyyətində bölücülük, dağıdıcılıq, aqressia və separatizm meylləri çox güclüdür”.

Göründüyü kimi, Ermənistan yenə də ikili oynayır. Bir tərəfdən özünü Qərbpərəst göstərərək bu ölkələrdən silah almağa çalışır, digər tərəfdən isə Anti-Qərb Rusiyanın yanında yer alır. Ermənistanın Qərbdən aldığı silahların göndərilmə istiqaməti ilə də bağlı müxtəlif fikirlər var. Məsələn, raket sistemlərinin hərəkətə gətirilməsi üçün mikrociplərin alınmasında Rusiyaya sanksiya qoyulsa da, Ermənistan bunu asanlıqla əldə edir. Sonra naməlum istiqamətə göndərir. Yəni bütün bu proseslərdə İrəvanın alət kimi istifadə olunduğu açıq-aşkar göz qarşısındadır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər