18.06.2025, 12:45
AZ EN
24.06.2023, 10:50 415

Samir Hümbətov: “Rusiya qiyam və vətəndaş müharibəsinin astanasında”

YAZILAR
  • "Priqojinin başçılığı altında "Vaqner" hərbi şirkətinin Rusiyanın Rostov şəhərini ələ keçirməsi ilə artıq Rusiyada vətəndaş müharibəsinin ayaq izləri görünməyə başlaması ilə bağlı iddiaların gerçəkləşməyə doğru getdiyini qeyd etmək olar". Bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov özünün şəxsi "Facebook" hesabında səsləndirib.

Politoloqun sözlərinə görə, Priqojin açıqlama verib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovla görüş olub, amma nəticəsiz qalıb. Priqojin onu da qeyd edib ki, Rostovda möhkəmləndikdən sonra Moskvaya doğru hərəkət edəcək: "Görünən odur ki, Əfqanıstan müharibəsi SSRİ-ni, Ukrayna müharibəsi isə Rusiyanı dağıdacaq. Əks halda isə ölkə vətəndaş müharibəsi və qiyamlara şahidlik edə bilər", - deyə S.Hümbətov vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər