Moskvada keçirilən görüşdə Rusiya Federasiyasının prezidentinin Zəngəzur dəhlizinin açılmasının zəruriliyini bildirməsi və bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən müsbət qarşılansa da Erməni müxalifəti və Ermənistanın bacısı molla rejiminin narazılığına səbəb olub. Bu barədə xəbər verən "Hraparak" əlavə edib ki, mollaların "qırmızı xətt" adlandırdığı Zəngəzur bölgəsinin yaxınlığına yeni hərbi qüvvələrinin yerləşdirilməsi artıq Rusiyanın da narazılığına səbəb olub. "Mayın 27-si Ermənistanda ilk dövlət günü olsa da ölkədə bayram ovqatının olmaması da məhz Moskvadakı görüşlərin nəticəsidir", - deyə agentlik daxili çəkişmələrin daha da dərinləşdirilməsi və bunun xalqa yeni fəlakət gətirəcəyini də istisna etmir.
N.Qaramanlı