22.11.2024, 02:17
AZ EN
26.04.2022, 07:20 375

BMT-nin baş katibi Türkiyəyə Ukraynada sülh səylərinə görə təşəkkür edib

XƏBƏRLƏR
  • Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Antonio Quterreş arasında görüş keçirilib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, görüş zamanı regional proseslər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib.

BMT rəhbəri Türkiyənin Ukraynadakı böhranından çıxmaq üçün diplomatik səylərini dəstəklədiyini bildirib və sülh təşəbbüslərinə görə Ankaraya təşəkkür edib.

Prezident Ərdoğan da öz növbəsində bütün beynəlxalq ictimaiyyətin İstanbul danışıqları prosesinə dəstək verməsinin vacibliyini vurğulayıb. Türkiyə lideri İstanbul prosesinin Ukrayna böhranından ən etibarlı çıxış yolu olduğuna diqqət çəkib.

R.T.Ərdoğan əmin edib ki, Türkiyə humanitar böhrana son qoymaq üçün BMT ilə sıx əməkdaşlığı davam etdirəcək. Onun sözlərinə görə, Ankara Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişəni dayandırmaq üçün səy göstərməklə yanaşı, ukraynalı mülki şəxslərin təxliyəsini və bölgəyə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq niyyətindədir. ("Trend")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR