Ermənistanın "Hraparak" xəbər agentliyi Associated Press-ə istinadən yazıb ki, Fransa prezidenti E.Makron Rusiya Federasiyanın prezidenti V.Putinin "Şərəf legionu" ordenini geri almaq fikrindədir. Bildirilir ki, Putin fransızların bu ali mükafatına 2005-ci ildə iki ölkə arasında münasibətlərin dərinləşdirilməsindəki xidmətlərinə görə prezident Jak Şirak tərəfindən layiq görülüb. Avropa İttifaqının Ukraynaya dəstəyi davam etdirmək, Rusiyaya isə embarqo qoymaq barədə qərarına münasibət bildirilərkən Makron vəd edib ki, tezliklə Putinin Fransanın ali mükafatından məhrum edilməsi barədə sərəncam imzalayacaq. Buna qədərsə o, Yelisey sarayında Ukrayna prezidenti Volodimir Zelenskini "Şərəf legionu" ordeni ilə təltif etmişdi.
Nəsib