22.11.2024, 01:10
AZ EN
16.04.2022, 15:10 172

Almaniyaya gələn ukraynalı qaçqınların sayına məhdudiyyət qoyulmayacaq

XƏBƏRLƏR

Almaniya hakimiyyəti Ukraynadan qəbul edilən qaçqınların ümumi sayına məhdudiyyətlər tətbiq etməyəcək. Bunu ölkənin nəqliyyat və rəqəmsal infrastruktur naziri Folker Vissinq bildirib.

O, həmçinin Almaniyaya qatarla gələn ukraynalı qaçqınların sayının son zamanlar xeyli azaldığını qeyd edərək deyib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əvvəlində gündə 8 min 200 nəfər qaçqın gəlirdisə, hazırda bu say 2 min 500 nəfərə enib.

Nazirin sözlərinə görə, Avropa ölkələri hər an qaçqın axınının artması ilə üzləşə bilər və Ukraynaya qonşu ölkələrin qaçqın yükü artarsa, onların bütün ittifaq ölkələrinə paylanması məsələsini yenidən müzakirə etmək lazım gələcək.

Hazırda Almaniyada təxminən 340 min ukraynalı qaçqın qeydiyyatdan keçib. (AZƏRTAC)

Oxşar xəbərlər