14.01.2025, 03:58
AZ EN
02.04.2022, 19:10 450

Ermənistan iqtisadiyyatının tənəzzülü davam edir

XƏBƏRLƏR

Ermənistan Mərkəzi Bank iqtisadi artım proqnozunu nəzərdə tutulmuş 5,3 faizdən 1,6 faizə endirib. “Moody's”in proqnozuna görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 1,8, 2023-cü ildə isə təxminən 3 faizə qədər azalacaq. Nəzərə alınmalıdır ki, ilin birinci rübündə baş verənlər hakim dairələrin ikirəqəmli iqtisadi artım proqnozları fonunda olanlardır.

Ermənistanın “Pasd” nəşri bildirir ki, Hayastan blokunun deputatı Tadzos Avedisyan hökumətin real və adekvat antiböhran tədbirlərinin olmayacağı təqdirdə, ölkədə iqtisadi tənəzzülün qaçılmaz olduğunu vurğulayıb. .

Ümumilikdə isə praqmatik təhlilçilər ölkə iqtisadiyyatının 2022-ci ildə daha 25 faizə qədər “əriyəcəyini” qaçılmaz hesab edirlər. Bu isə o deməkdir ki, ötən illərdəki vəziyyət bu il də təkrarlanacaq: Ermənistanda kasıblar son dərəcə yoxsullaşacaq, orta təbəqə kasıba çevriləcək və həmişə olduğu kimi, varlılar daha da varlanacaq. (AZƏRTAC)

Oxşar xəbərlər