M.Motəmedianın sözlərinə görə, yaralılardan 60 nəfəri Xoy rayonu xəstəxanalarında, 64 nəfəri isə Salmas rayonu xəstəxanalarında müalicə alırlar. Qalan yaralılar isə müalicə olunaraq evə buraxılıb.
Qeyd edək ki, ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 7 km dərinlikdə 5,9 bal gücündə zəlzələ baş verib. Xoy rayonunda indiyədək 35 yeraltı təkan qeydə alınıb. ("Trend")