21.06.2025, 03:01
AZ EN
06.06.2022, 17:00 430

İrəvanda KTMT-nın iclası keçiriləcək

XƏBƏRLƏR

Erməni KİV-lərində iyunun 6-da yayımlanmış xəbərə görə, cari ayın 17-də İrəvanda KTMT Təhlükəsizlik Şurası katiblər komitəsinin növbəti iclası keçiriləcəkdir. İclasa Ermənistan dövlət təhlükəsizlik şurasının katibi, Ermənistan müdafiə şurası katibliyinin sədri Armen Qriqoryan rəhbərlik edəcəkdir. Sözügedən Şuranın ofisindən xəbər veriblər ki, iclas öncə qapalı, sonra isə geniş tərkibdə keçiriləcək, burada KTMT-ya üzv ölkələrin təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş tədbirlər, həmçinin digər məsələlər müzakirə ediləcəkdir. İclasın sonunda isə KTMT təhlükəsizlik Şurası katibləri komitəsinin və KTMT baş katibinin bəyanatları açıqlanacaqdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər