"Biz inanırıq ki, hər iki tərəf bu prosesə sadiqdir. Biz sülhə nail olmaq üçün qəbul edilməli olan çətin qərarların həm Bakıda, həm də İrəvanda qəbul edilməli olduğunu anlayaraq hər cür yardım etməyə hazırıq", - deyə K.Donfrid bildirib.
Onun sözlərinə görə, bura sərhədin demarkasiyası və ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası da daxil olmaqla çoxsaylı mürəkkəb məsələlərin müzakirəsi daxildir. ("Trend")