22.11.2024, 04:08
AZ EN
14.03.2022, 15:20 310

Ermənilər Ukraynadan qisas alır?

XƏBƏRLƏR

Martın 14-də Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında ermənilərin Rusiyaya dəstək aksiyası keçirilib. 24 Newsda birbaşa yayımlanan aksiyada çıxış edən ermənilər Rusiyanın Ukraynaya hücumuna bəraət qazandıraraq deyiblər ki, guya Ukraynada neofaşist, millətçi hakimiyyət hökm sürür. Rusiya isə «xüsusi hərbi əməliyyat» keçirərək bu ölkəni və ukraynalıları xilas edir. Rus siyasətçilərinin nitqlərindən götürülmüş bu ifadələr ermənilərin ənənəvi yaltaqlığını açıq-aydın göstərir. Aksiyada o da vurğulanıb ki, Rusiyasız Ermənistan mövcud ola bilməz. Çünki Ermənistan müsəlman düşmənlərlə əhatə olunub və tək başına öz təhlükəsizliyini təmin edə bilməz.

 Yağış altında keçən mitinqin fəallarından olan Haxoyan familyalı bir erməni isə 44 günlük Qarabağ müharibəsində Ukraynanın Azərbaycana müasir silahlar verdiyini xatırladaraq həyasızcasına bildirib ki, hər bir erməni Rusiyanı dəstəkləməli və Ukraynadan qisas almalıdır. Ermənistanın bütün teləviziya kanallarında yayımlanan bu yaltaqlıq aksiyası anti-Rusiya mövqeyində olan bəzi şəxslər tərəfindən qınaqla qarşılanıb.

Ermənistan milli məclisinin vitse-spikeri Ruben Rubinyan martın 14-də Avropa İttifaqı Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə komissiyanın həmsədri Toyvo Klaarı qəbul edib. Görüş zamanı regiondakı məsələlər müzakirə edilib. Erməni vitse-spiker Türkiyə-Ermənistan münasibətləri barədə də məlumat verib. Bu görüşdə də ənənəvi erməni mentaliteti özünü açıq-aydın göstərir. Beldə ki, «Lurer» agentliyinin bu görüş barədə yaydığı məlumatda Azərbaycanın guya Qarabağda və Ermənistanla sərhəd ərazilərdə atəşkəsi mütəmadi olaraq pozduğu bildirilir.

Martın 13-də İrəvandakı İdman Konsert salonunda yeni seçilmiş prezident Vahaqn Xaçaturyanın andiçmə mərasimi keçirilib. Buraya müxalif partiyaların rəhbərləri də dəvət olunsalar da Koçaryan və Sarkisyan həmin tədbirdə iştirak etməkdən boyun qaçırıblar. Ermənistan Respublikası partiyasının sözçüsü, sabiq vitse-spiker Eduard Şarmazanov bu andiçmə ilə bağlı öz «facebook» səhifəsində paylaşım edib: «Əgər dövlət yoxdursa, prezidentin and içməsi və sürəkli alqışlar neçə qəpiyə dəyər?» cümləsi ilə tamamlanan sözügedən paylaşımda Ermənistan iqtidarı ciddi tənqid olunur. Vurğulanır ki, Ermənistanda hakimiyyət yoxdur. Müharibədə qalib gələn Azərbaycan Ermənistana qarşı 5 bənddən ibarət tələb irəli sürür. Ancaq Ermənistan bunu xalqa açıqlamır. Qarabağda qaz yoxdur, ona görə də əhali oranı tərk etmək məcburiyyətindədir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR