29.06.2025, 16:02
AZ EN
07.12.2022, 17:18 322

Müxalif deputatlar iqtidar nümayəndəsinə səs verib

XƏBƏRLƏR

Ermənistan milli məclisində Ali Məhkəmə Şurasının sədrliyi vəzifəsinə seçki keçirilib. Həmin vəzifəyə Ermənistan istintaq komitəsinin sabiq sədri Hayk Qriqoryan seçilib. O, Paşinyanın «Vətəndaş müqaviləsi» partiyasının rəhbər heyətində təmsil olunur. Parlamentə səsvermə zamanı Serj Sarkisyanın yaratdığı müxalif «Badiv unem» fraksiyası da onun lehinə səs verib. Robert Koçaryanın «Hayastan» fraksiyası isə iclası tərk etdiyinə görə səsvermədə iştirak etməyib. H.Qriqoryan etimada görə həm iqtidarın «Vətəndaş müqaviləsi»nə, həm də «Badiv unem» fraksiyasına təşəkkürünü bildirib. «Hayastan» bloku isə «əgər belə davam edərsə, «Badiv unem» fraksiyası ləğv olunaraq «Vətəndaş müqaviləsi»nə birləşəcək» deyə sözügedən səsvermədən və H.Qriqoryandan narazı olduqlarını bildiriblər.

Nəsib QARAMANLI

Oxşar xəbərlər