21.11.2024, 15:43
AZ EN
27.05.2022, 09:20 474

Erməni müxalif deputatlar parlamentə qayıdacaqlar

XƏBƏRLƏR

«Hraparak» informasiya agentliyinin əməkdaşının «Hayastan» blokundan deputat Armen Arustamyanla müsahibəsi erməni müxalif deputatların tezliklə parlamentə qayıdacağını göstərir. A.Arustamyan jurnalistin yaxın vaxtlarda nəzərdə tutulan işlər barədə sualını «biz parlamentdə öz qırmızı xəttimizi çəkəcəyik», - deyə cavablandırıb və bununla bağlı izahat da verib. Deyib ki, «Vətəndaş müqaviləsi» fraksiyasından olan deputatlar arxamızca çox şey danışırlar. Deyirlər ki, «kişisinizsə, gəlin burda danışaq, bizsə deyirik kişiyik və parlamentə öz gündəliyimizlə gəlirik». Deputat daha sonra əlavə edib ki, parlamentə 7 bənddən ibarət tələblə daxil olacağıq. Bu tələblərin ən vacibi Ermənistan hökumətindən Qarabağın Azərbaycanın tərkibində olmaması üçün tədbirlər görməsini tələb etməkdir. İqtidar deputatları isə deyirlər ki, bizi xalq seçib, bizə 680 min nəfər səs verib. Ona görə də istefamızı yalnız xalq tələb edə bilər.

Müxbirin kütləvi etiraz aksiyalarının başlamasının təşəbbüskarı olan deputat Artur Vanesyan barədə «Vanesyan bəyan edirdi ki, Paşinyan istefa verməyincə parlamentdə iştirak etməyəcək. İndi o da qayıdacaqmı?» sualına isə o, konkret fikir bildirməyib. Vanesyanın qayıtmasının gələcək durumdan asılı olduğunu vurğulayıb.

Vitse-spiker, daşnak, «Dirəniş» hərəkatının liderlərindən olan İşxan Sağatelyan isə müxalif deputatların parlamentə qayıdacağı barədə xəbəri nə təkzib, nə də təsdiq edib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər