18.10.2024, 20:23
AZ EN
04.02.2023, 07:00 102

ÜST: Koronavirusun 600-dən çox alt növü var

XƏBƏRLƏR
  • Hazırda dünyada koronavirusun 600-dən çox alt növü, o cümlədən XBB.1.5 yayılmaqdadır. Xüsusən XBB.1.5 növünün daha geniş yayılacağı gözlənilir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib.

“Omikron hələ də koronavirusun ən yoluxucu variantıdır. Hazırda izlədiyimiz 600-dən çox omikron alt növü var və XBB.1.5 onlardan biridir. Yəni, virus təkamül etməkdə davam edir. Biz XBB.1.5-in daha geniş yayılacağını gözləyirik”, - deyə ekspert xəbərdarlıq edib. (AZƏRTAC)

Oxşar xəbərlər